Mütəxəssislərin bu cür məzmunun təkrar izlənməsinin zərərli ola biləcəyi barədə xəbərdarlıq etməsindən sonra YouTube gənclərə bədən çəkisini və ya fiziki xüsusiyyətlərini ideallaşdıran videoları tövsiyə etməyi dayandıracağını açıqlayıb.
News24.az xəbər verir ki, platforma 13-17 yaşlı uşaqlara belə videolara baxmağa icazə verməyə davam edəcək, lakin bu cür məzmunun tövsiyəsini məhdudlaşdıracaq.
YouTube belə məzmunun öz qaydalarını pozmadığını, lakin təkrar baxılmasının bəzi istifadəçilərin sağlamlığına təsir edə biləcəyini bildirib.
YouTube-un qlobal sağlamlıq rəhbəri Dr. Garth Graham qeyd edib ki, ideallaşdırılmış standartları əks etdirən məzmuna dəfələrlə baxmaq gənclərin özləri haqqında mənfi düşüncələrə sahib olmasına səbəb ola bilər.
YouTube məsləhətçisi Allison Briscoe-Smith də qeyd edib ki, bu istiqamətdə məzmun problemlər yarada, gənclərin özlərini necə görməsinə təsir edə bilər.
Məryəm İlhamqızı