AZ

Növbəti medalımız ondan gəldi

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışının final mərhələsində çıxış edib. O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
4
regionxeberlericom.az

4Mənbələr