Yeni elmi araşdırmalar göstərir ki, darçın mədə ağrısını aradan qaldırmağa və sağlam həzm sistemini dəstəkləməyə kömək edə bilər.
Qaziler.az xarici mətbuata istinadən məlumatına görə, Kral Melburn Texnologiya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, çox az miqdarda darçın belə mədədə karbon dioksid səviyyəsini azaltmağa kömək edir və həzmə kömək edir. O, həmçinin mədə divarlarını qoruyur.
Nəticələr "Scientific Reports" jurnalında dərc olunub. Laboratoriya testləri donuzlar üzərində aparılıb, lakin elm adamları insanlarda da eyni nəticələri alacaqlarına inanırlar.
QAZİLER.AZ