AZ

Canlı göbələklər tərəfindən idarə olunan robotlar hazırlanıb…

…Mühəndislər canlı göbələklər tərəfindən idarə olunan robotlar hazırlayıblar. Knife yazır ki, təcrübədə kral istiridyə göbələkləri iki robotu düz bir səthdə hərəkət etməyə və ya yuvarlanmağa məcbur edib.

Xarici stimullara cavab olaraq göbələk miselyumunun elektrik aktivliyi xüsusi hazırlanmış interfeys və siqnal emal alqoritmlərindən istifadə edərək idarəetmə əmrlərinə çevrilib.

Biorobotlar ətraf mühitdəki dəyişikliklərə cavab verib. Alimlər göbələkləri stimullaşdırmaq üçün ultrabənövşəyi radiasiyadan istifadə ediblər və bu, robotların hərəkətlərində dəyişikliklərə səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, hibrid biorobotlar real şəraitdə, məsələn, kənd təsərrüfatında istifadə oluna bilər. Ağıllı sistemlər gübrə və ya pestisidlərin tətbiqini avtomatik tənzimləyə bilər.

Bundan əlavə, yeni texnologiyadan istifadə etməklə ətraf mühitin çirklənməsini izləmək üçün ekosensorlar və ya insan orqanizmindəki dəyişiklikləri izləmək üçün isə biosensorlar yaratmaq mümkündür.

Nazlı Almuradova

Seçilən
71
sia.az

1Mənbələr