Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 2-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.Zaur qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Bahara və onun qızı, 2009-cü il təvəllüdlü Günelə bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə ölüb.
İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, bu məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 149.2-1.1 (zorlama, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
“Mən həbsdə olanda arvadım ailə qurdu”
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Leyla Məmmədova-Əsgərovanın sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ev tikintisi ilə məşğul olur, rəsmi iş yeri yoxdur, əvvəllər SOCAR-da sürücü işləyib:
“Uşaqlıq illərim normal keçib, 3 bacı, 3 qardaş olmuşuq. Bir bacım xəstəxanada baş həkimin müavini işləyir. Bacılarım ali təhsilli, mən və qardaşım isə orta təhsilliyik. Mən 1 dəfə ailəli olmuşam. Anlaşa bilmədiyim üçün arvadımdan boşandım. Əvvəllər 6 il müddətinə azadlıqdan məhrum edilmişəm. Həbsdə olduğum müddətdə ilk arvadım ailə qurdu. Əvvəlki nikahımdan iki övladım dünyaya gəlsə də, onlarla əlaqəm yoxdur. Çünki əvvəlki həyat yoldaşım uşaqlarım məni tanımasını istəməyib”.“Döydüm, həbs olundum”Təqsirləndirilən şəxsin sözlərinə görə, Baharla tanış olanda marketdə satıcı işləyirmiş: “Mən sevərək evləndim. Baharın qardaşı bacısının ruhi xəstəliyi səbəbindən evlənməyimizə razı olmadığını bildirsə də, məni ondan uzaqlaşdırması üçün belə dediyini düşündüm. Ona inanmadım. Baharın uşaqlarını qəbul etdim. Bir il münasibətimiz yaxşı oldu. Həmin dövrdə ona əl qaldırmadım”.
Təqsirləndirilən şəxs deyib ki, 30 oktyabr 2021-ci ildə onun Bahardan dünyaya gələn övladının şəxsiyyət vəsiqəsində əvvəlki həyat yoldaşının soyadının yazıldığına görə aralarında söz-söhbət yaranıb: “Onda Baharı döydüm. O da sosial yardım almaq həmin uşağa əvvəlki həyat yoldaşının soyadını verdiyini bildirdi. Baharı döydüyümə görə inzibati qaydada həbs olundum”.
“Vaxt verəcəyimi bildirdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 26 dekabr 2022-ci ildə evə gələrək Baharın telefonunda öz qızı ilə əxlaqsız videolarını görüb: “Bahar ibtidai istintaqda mənimlə üzləşmə zamanı öz qızına qarşı əxlaqsız hərəkətləri etməyi guya mənim məcbur etdiyimi bildirdi.
Dekabrın 26-da Baharı gecə evdən qovarkən mənə gedəsi yerinin olmadığını bildirdi, ona 1 ay möhlət verməyimi istədi. Mən Bahara vaxt verəcəyimi, lakin birgə nikahdan doğulmuş uşaqlarımın özümlə qalacağını bildirdim”.
Zaurun ifadəsinə görə, 23 yanvar 2023-cü ildə Bahara 100 manat verərək işə gedib: “Axşam işdən gələndə Baharın mənim uşaqlarımı da götürərək getdiyini gördüm. Yanvarın 24-də 14-cü polis bölməsinin əməkdaşları Baharın qızı Günelin zorlanması ilə bağlı məni polis bölməsinə apardılar. Yanvarın 26-a qədər orada qaldım. Günel, Bahar və mən müvafiq ardıcıllıqla ekspertizaya aparıldıq. Ekspertizadan sonra polis əməkdaşları tərəfindən buraxıldım.
Evə gələndə Baharın evdə olan əşyaları götürərək apardığı məlum oldu. Qonşum Səlimdən Baharın nömrəsini əldə edib onunla əlaqə saxladım. Yalnız birgə nikahdan doğulan uşaqlarımın mənə verilməsini tələb etdim. Həmin gün uşaqlarımı axtardım. Öz qızı ilə əxlaqsız hərəkətlər edən qadına öz uşaqlarımın gələcəyini əmanət edə bilməzdim.
Baharı tapsam da, mənə uşaqlarım ilə görüşdürmədi. Ondan ancaq uşaqlarımı istədim. Hadisə günü bıçağı qorxutmaq məqsədilə Bahara uzatdım. O, isə bıçağı tutduğuna görə əli sıyrıldı”.“Öldürmək fikrim olmayıb”Zaur qeyd edib ki, uşaqların yerini öyrəndikdən sonra Baharın əlini skoç və iplə bağlayıb, ayağa qalxa bilməməsi üçün dizindən bıçaqla vurub:
“Uşaqlarımı götürməyə gedəndə evdən bir kişinin çıxdığını gördüm. Güneli maşına otuzdurduqdan sonra ona həmin şəxsin kim olması barədə suallar verdim. Günel həmin şəxsin Ramin olduğunu dedi, bütün hadisələrin səbəbinin anası olduğunu bildirdi, vaxtında bu söhbətləri mənə danışmadığı üçün ona şillə vurdum. Daha sonra onu ehtiyatsızlıqda qətlə yetirdim.
Güneli öldürüb geri qayıdarkən atama zəng vurdum, ölməsin deyə Baharın qolunu açmağı tapşırdım.
Güneli ehtiyatsızlıqdan avtomobildə öldürmüşəm. Onu qorxutmaq üçün bıçağı sinəsinə dirəyərkən təsadüfən bıçaq ona dəydi. Özümü itirdiyimə görə Günelə dəyən xəsarətləri xatırlamıram. Özüm könüllü şəkildə əməliyyatçı Azər müəllimə yaxınlaşaraq etdiyim əməl barədə məlumat verdim.
Bundan başqa, polis əməkdaşları tərəfindən tutularkən Günel maşında idi. Uşağı öldürmək fikrim olmayıb. Niyyətim öz uşaqlarımı Bahardan geri almaq üçün Güneli anasının yanına aparmaq idi”.
Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilən 1 mart 2023-cü il tarixli məhkəmə-genetik ekspertiza rəyi ilə razılaşmyıb. O bildirib ki, Günellə cinsi əlaqədə olmayıb, onu zorlamayıb.“Qızıma təcavüz etdi”
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Baharın sözlərinə görə, onun təqsirləndirilən şəxslə rəsmi nikahı olmayıb:
“2022-ci ilin dekabrında Zaur işdən evə gəldi. Güneli yuxudan oyatmağı, hər ikimizlə işinin olduğunu bildirdi. Daha sonra qızımı və məni soyundurdu. Qızıma təcavüz etdi, bizi telefona çəkdi.
Onda Zaurun əlində bıçaq və şiş vardı. Bizdən dediklərini etməyi tələb edirdi. Qızımı bıçaqla vuraraq hər ikimizi öldürəcəyi ilə hədələməklə baş verənlər barəsində susmağımızı istədi”.
“Başıma oyun açacağını söylədi”
Baharın ifadəsinə görə, bir müddət keçdikdən sonra Zaur onları yenə döyüb və oturduğu yerdə qızını soyundurmağa başlayıb, ona və qızına təcavüz edib:
“Həmin günün ertəsi gün ayrılmaq istədiyimi deyəndə Zaur uşaqları ona verməyimi istədi. Mən razılaşmadım. Qeyd etdiyim hadisələr dekabr ayında baş verib.
Mən qorxu içində olduğuma görə bölməyə getdim, baş verənləri polis əməkdaşlarına danışdım. Məni ekspertizaya göndərdilər. Polis əməkdaşları ekspertiza sənədlərini prokurorluğa göndərəcəklərini bildirdilər. Bölmənin yanında ev tutdum.
Zaur qonşumuz Səliməyə həyat yoldaşına xəyanət etdiyini bildiyini göstərməklə, xəyanət barəsində yoldaşına deyəcəyi ilə hədələyib, nömrəmi ondan əldə edib.
Zaur mənə zəng edəndə Gürcüstana gedəcəyi üçün evdə qalan əşyaları götürməyimə icazə verdiyini, evin açarının mənə çatmalı olduğunu söylədi, mən də oğlumla həmin evə getdim.Evə çatdıqda Zaur paltarlarımı yığdıqdan sonra bizi gedəcəyimiz yerə aparacağını bildirdi. Maşını yolda saxlayaraq oğlumu mənimlə bir-iki kəlmə söhbət edəcəyi üçün evə yolladı. Oğlum evə getdikdən sonra bıçağı çıxararaq mənim əllərimi tutdu. Balaca qızımla görüşmək istədiyini deyib, məni maşında döyməyə başladı.
Maşını evin qarşısına gətirdi, məni evin hamam otağına apardı, əlimi, ayağımı bağlayaraq qapınıl kilidlədi, başıma oyun açacağını söylədi. Özümü hamamın pəncərəsindən atdım. Qonşular vasitəsilə polisə zəng edərək baş verənləri danışdım.
Zaurdan qorxduğum üçün əvvəllər polisə müraciət etməmişəm. Polisə məlumat vermək imkanlarım da olmayıb”.
Məhkəmə zərərçəkmiş Baharın məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta