Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) dünən növbəti sınağına çıxıb.
Bakupost.az xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərib.
Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayıb. Azərbaycan təmsilçisi 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Qeyd edək ki, final mərhələsi sentyabrın 7-də baş tutacaq.
Azərbaycan paralimpiyaçıları Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.