Daşıyıcı və ya onun adından konosament verən digər şəxs konosamentdə yükün xarici vəziyyətini göstərmədikdə hesab edilir ki, konosamentdə yükün yaxşı xarici vəziyyəti göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Barəsində qeyd-şərt edilmiş məlumatlar istisna olmaqla, başqa hal sübuta yetirilmədikdə, konosament yükün daşınma üçün daşıyıcı tərəfindən konosamentdə təsvir edildiyi kimi qəbul edilməsinin sübutudur. Konosament, konosamentdə göstərilmiş yükün təsvirinə əsasən vicdanla hərəkət edən üçüncü şəxsə verildikdə, daşıyıcı tərəfindən əks halın sübuta yetirilməsinə yol verilmir.