AZ

Hunter Bayden vergidən yayınma işində günahını etiraf edir

ABŞ prezidenti Co Baydenin oğlu Hunter vergidən yayınma işi üzrə doqquz bəndin hamısında günahını etiraf edib.

Doğru.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Kaliforniya Mərkəzi Dairəsinin federal məhkəməsi hökmü dekabrın 16-na təyin edib.

Bundan əvvəl Hunter Baydenin vergidən yayınma işində günahını etiraf etməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.

Bundan əlavə, prokurorluq Hunter Baydenin rumıniyalı iş adamından milyonlarla dollar aldığını qeyd edib.

DOĞRU.AZ

Seçilən
139
dogru.az

1Mənbələr