AZ

"Ermənistan sülhdən danışsa da əməli olaraq silahlanmaya meyillənib"- Hərbi ekspertdən ŞƏRH

"Ermənistan ümumi arenada, cəmiyyətdə  özünün mövcudluğu haqqında  fikir formalaşdırmağa çalışır"

Hərbi ekspert Azər Bayramov bunu News365.az-a açıqlamasında deyib.

"Ermənistanın təxribatları bundan öncə də olmuşdur və getdikcə daha intensiv xarakter alır.  Buna səbəb Ermənistanın havadarları tərəfindən silahlandırılmasıdır.  Ermənistan ordusu, cəmiyyəti daxilində revanşist qüvvələr var, xüsusilə  də Azərbaycanlada şərti həmsərhəddə yerləşdirdiyi adı qeyri hökümət təşkilatı və yaxud yarım hərbiləşdirilmiş ictimai birlik kimi təqdim edib, ancaq terrorçu qruplaşmalar var orda. Onların orda yerləşdirilməsi bütun bunların fonunda Ermənistanın özünün ümumi arenada, ictimaiyyətdə müxtəlif fikirlər formalaşdırmaq hər hansısa bir formada ki, onun mövcudluğu və yaxud sərhədlərinin təhlükədə olması ilə bağlı belə bir fikir formalaşdırsın. Ümumi konteksdən götürdüyümüz zaman Ermənistan sülhdən danışsa da əməli olaraq silahlanmaya daha çox meyillənsin, havadarlarından dəstək alsın və getdikcə silah sursat hərbi yardımın genişləndirildiyini eyni zmanada daha sürətli şəkildə həyata keçirməsini müşahidə edirik"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az

Seçilən
107
news365.az

1Mənbələr