Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı (DİN) İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, qəza zamanı bir ədəd piyada işıqforu yararsız vəziyyətə düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqforun quraşdırılması işi görüləcək.
Mətləb