AZ

U-21 sonuncu pillədən qurtula biləcəkmi? - YENİLƏNİR

Bu gün 21 yaşlı futbolçulardan ibarət millilər AÇ-2025-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçirəcək.

F qrupunda yer alan yığmamız Lüksemburqun qonağı olacaq Oyun “CBC Sport”da canlı yayınlanacaq.

AÇ-2025, seçmə mərhələ
Lüksemburq U-21 – Azərbaycan U-21

Lüksemburq, “Emile Mayrisch”. Saat 21.30.

Millimizin AÇ-2025 sınaqları davam edir. Komandanın növbəti rəqibi lüksemburqlu həmyaşıdlarıdı. Təbii ki, məqsəd səfərdən qələbə iləqayıtmaqdı. Samir Əliyev komandasını maksimum nəticəyə kökləməklə azarkeşləri sevindirməlidi. Bu yöndə aşılası maneələr çoxdu. Qalan rəqiblərin Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə olması ümumi hədəfə gedən yola tıxac qoyub. Hər halda, maksimum güc və ruh yüksəkliyi qaneedici nəticələr uğrunda mübarizənin təməli ola bilər.

Düzdü, hələ turnir cədvəlinin sonuncu pilləsindəyik. İndi yalnız doğru strategiya və əzmkarlıqla irəliləyə bilərik. Əlbəttə, turnir çərçivəsində uğurlu gələcək imkansız görünür. Lakin Leksemburqla matç axırıncı sııradan xilas olmaq üçün bəlkə də yeganə imkandı. Bunu da qaçırmayaq ki, sonra “vay halımıza” deməyək!

Ukrayna 6 6 0 0 15-2 18
İngiltərə 7 6 0 1 32-5 18
Serbiya 7 3 1 3 9-16 10
Şimali İrlandiya 6 2 0 4 4-8 6
Lüksemburq 8 1 1 6 4-23 4
AZƏRBAYCAN 6 1 0 5 4-14 3


KƏNAN BAHADIR

Seçilən
94
football-plus.az

1Mənbələr