AZ

Məhkəmə “Bank Avrasiya” ilə bağlı qərar çıxardı

“Bank Avrasiya” ASC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi ilə bağlı inzibati xətaya görə məhkəməyə üz tutub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərarda qeyd edilib ki, inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilib.

Xatırladaq ki, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Səlim

Seçilən
142
10
iqtisadiyyat.az

10Mənbələr