AZ

Hakan Fidan Şimali Makedoniyada səfərdədir

 

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Makedoniyada rəsmi səfərdədir.

  H.Fidan ölkənin Baş naziri Kristian Mikkoski, parlament sədri Afrim Qaşi və həmkarı Timko Muçunsk ilə görüşüb.

  Nazirin səfər çərçivəsində keçirdiyi görüşlərdə regional və qlobal məsələlər, eləcə də rəsmi Ankara ilə Skopye arasındakı əlaqələrin bütün aspektləri dəyərləndirilib.

  Görüşlərdə iqtisadi, hərbi və müdafiə sahələri üzrə əlaqələrin inkişafı, tikinti, enerji və infrastruktur kimi müxtəlif sektorlarda əməkdaşlığın gücləndirilməsi, təhlükəsizlik, xüsusilə FETÖ ilə mübarizə, Şimali Makedoniyadakı türk icması kimi məsələlər müzakirə edilib.

  Qeyd edək ki, Türkiyə Şimali Makedoniyanın 7-ci ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət həcmi 1 milyard ABŞ dollarına, Türkiyənin Şimali Makedoniyadakı investisiyalarının məbləği isə 2 milyard dollara çatıb. Hazırda Türkiyə ilə Şimali Makedoniya arasında ticarət dövriyyəsinin artırılması planlaşdırılır. Bununla bağlı gündəm başlıqlarından biri də ölkələr arasındakı mövcud Azad Ticarət Sazişinin kənd təsərrüfatı məhsulları, emal olunmuş kənd təsərrüfatı məhsulları və xidmət sahələrini də əhatə edəcək şəkildə yenilənməsidir.



Seçilən
44
4
trt.net.tr

5Mənbələr