Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək.
Apa-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu dəyişiklik tətbiq olunan yeni təhsil standartlarına uyğun olaraq aparılacaq.
Artıq orta ümumtəhsil müəssisələrində rus dilinin tədris saatları azaldılıb. Belə ki, 4-9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq.