"ABŞ Bayden dövründə daha da pisləşən miqrasiya böhranı ilə zəhərlənib".
Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
Onun sözlərinə görə, hazırda bizim ABŞ-nin əsas problemi miqrantlarla bağlıdır.
"ABŞ səlahiyyətliləri]ölkəyə 21 milyon insanın daxil olmasına icazə verdi. Onlar ölkəmizi zəhərlədilər. O insanlar bura həbsxanalardan, psixiatriya xəstəxanalarından gəlirlər. Onların arasında terrorçular da var", - deyə siyasətçi sərt açıqlama verib.
Trampın sözlərinə görə, bu, ABŞ-nin indiyədək üzləşdiyi ən çətin problemdir.
Gülşən Şərif