Hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan və edama məhkum edilən azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin anası video müraciət yayıb.
O, qızının uşaq vaxtı ona oxuduğu türkcə şeiri oxuyub, onun günahsız olduğunu və şərlənərək həbs edildiyini bildirib.
Azərbaycanlı fəalın anası insan haqları tışkilatlarını və beynəlxalq qurumları Şərifə Məhəmmədinin edam cəzasına qarşı çıxmalarını istəyib.
Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi "xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq" ittihamına görə edama məhkum edilib.
visiontv.az