AZ

Dilan Poladın əri də azadlığa çıxdı - VİDEO

Türkiyədə çirkli pulların yuyulması, vergi qanununun pozulması, qanunsuz mərc və şans oyunlarında iştirakda günahlandırılaraq həbs olunan sosial media fenomeni Engin Polad təxliyə edilib.

Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, Engin Poladla bərabər daha 3 şəxs barəsində təxliyə qərarı verilib.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də sosial şəbəkə fenomeni Dilan Polad və həyat yoldaşı Engin Polad, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşad Polad daxil olmaqla 24 nəfər saxlanılıb. Bu ilin avqustun 19-da isə Dilan Polad azadlığa buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
5
olke.az

7Mənbələr