AZ

Blinken İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələrdən danışdı

 

Vaşinqton Qəzza zolağında atəşkəs əldə etməklə İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələrin normallaşmasına doğru irəliləməyi mümkün hesab edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Haiti Respublikasına səfərindən sonra Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında bildirib.

O, Səudiyyə Ərəbistanı ilə İsrail arasında əlaqələrin normallaşmasının qeyri-mümkün olması fikirləri ilə razılaşmadığını bildirib. “İsraillilər və Səudiyyəlilərlə müzakirələrdən mənə aydın oldu ki, hər ikisi buna nail olmaq istəyir. Ancaq bunun üçün bir neçə şərt var. Birincisi, Qəzza zolağında sakitliyin yaranmasıdır. Belə bir atəşkəs normallaşma üçün həyati şərtdir. İkincisi, müzakirə etdiyimiz kimi, bu, Fələstin dövlətçiliyinə aparan etibarlı yoldur. Bunun üçün çox çalışmaq lazımdır”,-deyə ABŞ dövlət katibi bildirib.

Musavat.com

Seçilən
91
musavat.com

1Mənbələr