Erməni polkovnik: "Artıq qızlarımız da məktəblərə narkotik gətirirlər" |
Qukasyan onu da vurğulayıb ki, Ermənistan Respublikası kimi kiçik bir ölkə üçün bu qədər narkotik vasitələrin dövriyyədə olması, narkotikin həcmi olduqca yüksək göstəricidir: "Əslində Gürcüstanda da eyni vəziyyət yaranıb. Heç bir dövlət və ya siyasi xadim bu biabırçı fiqurlar haqqında danışmır”.
Xatırladaq ki, Ermənistan Polisinin Baş Cinayət Axtarış İdarəsinin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və məişət zorakılığı ilə mübarizə şöbəsinin keçmiş rəisi, polkovnik Nelli Duryan narkotikin ölkədə geniş yayılmasını etiraf etmişdi.
"Əgər biz əvvəllər azyaşlı qızın məktəbdə narkotikdən istifadə etməsini və ya yayması hallarını təsəvvür belə etmirdiksə, hazırda bu, reallığa çevrilir. Bütün bunları nəzərə alaraq, biz profilaktik işlər aparmağa borcluyuq", - eks-məmur qeyd edib.
Tural Tağıyev
AzVision.az