Sentyabrın birinci yarısında İtaliyanın Genuya şəhərində sahil avarçəkməsi və çimərlik sprinti üzrə dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, sentyabrın 6-8-də baş tutacaq sahil avarçəkməsi üzrə mundialda Bakı Avarçəkmə Kanoe İdman klubu adından qadınlar arasında Diana Dımçenko, kişilərdə isə Murad Sadıxov birnəfərlik qayıqda mübarizə aparacaq.
Qeyd edək ki, 2028-ci ildə Los-Anceles olimpiadasının təqvim planına daxil edilən çimərlik sprinti üzrə dünya çempionatı sentyabrın 13-15-də təşkil olunacaq.
"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb
Paris-2024: Medal sıralaması
U-21 millimiz Lüksemburq səfərində
Paris-2024: Lamiyə Vəliyeva FİNALDA
İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“