AZ

Dilan Polatın əri də azadlığa buraxıldı - Video

Maliyyə cinayətlərində ittiham edilən məşhur türkiyəli fenomen Dilan Polatdan sonra onun əri Engin Polat da azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə Engin Polat, qardaşı Alper Kürşat və atası Sezgin Polatın istintaq müddətində sərbəst qalmasına qərar verib.

Xatırladaq ki, Dilan Polat avqustun 19-u sərbəst buraxılmışdı. O, ərinin təxliyə edilməsi ilə bağlı paylaşım da edib. Fenomen ərinin azadlığa buraxılmasını 10 ay sonra məşhur “Enerci” mahnısını oxuyaraq qeyd edib.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Dilan Polatın paylaşdığı görüntüləri təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
qafqazinfo.az

10Mənbələr