AZ

Zabux sakini: "32 ildən sonra kəndimizdə öz işimizi qururuq”



İşğaldan azad edilmiş ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması üçün genişmiqyaslı tədbirlər görülür. Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarında məskunlaşmasından sonra məşğulluğunun təmin edilməsi də ilkin mərhələdə həyata keçirilən tədbirlər sırasındadır.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.6-cı bəndinə əsasən, Zabux sakini Ziyadxan Məmmədov məşğulluğunun təmin edilməsinə dəstək verilmiş şəxslərdən biridir.

O, 60-a yaxın arı ailəsi, arı yeşikləri və müxtəlif ləvazimatlarla (çərçivə, arıçı geyimi, mum əridən qurğu, arı şanı, bal süzən qurğu və s.) təmin olunub.

Yurd həsrəti bitən və öz işlərini uğurla davam etdirən keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edir.



Süleyman
Seçilən
82
4
newscenter.az

4Mənbələr