AZ

Serbiya prezidenti Putinin dəvətinə “yox” dedi – SƏBƏB

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya lideri Vladimir Putinin dəvətinə baxmayaraq, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitinda iştirak etməyəcək.

KONKRET.az xəbər verir ki, Vuçiç bunu qeyd olunan tarixlərdə xaricdən vacib qonaqlarının gəlişi ilə əlaqələndirib.

Putinin köməkçisi Yuri Uşakov bildirilib ki. indiyədək dəvət olunmuş 36 xarici liderdən 18-i sammitdə iştirakını təsdiqləyib.

Qeyd olunur ki, Avropa Birliyi (AB) daha əvvəl Rusiya ilə yaxınlaşmanı Serbiyanın AB-yə üzvlük prosesinə zərbə vuracağını açıqlamışdı.

Xatırladaq ki, Serbiya 2012-ci ildən AB üzvlüyünə namizəddir.

Məlik,

KONKRET.az

Seçilən
95
konkret.az

1Mənbələr