Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir, həmişəkindən daha yaxşıdır.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Düşünürəm ki, onlar hər zamankından daha yaxşıdır. Biz yəqin ki, enerji resurslarınızın ikinci ən böyük alıcısıyıq. İndicə ölkənizdən Avropa ölkələrinə, o cümlədən Macarıstana “yaşıl enerji” idxalına dair saziş imzalamışıq. Ona görə də hesab edirəm ki, Azərbaycan gələcəkdə əhəmiyyətli ölkədir”, - o bildirib.
Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Viktor Orban qeyd edib ki, Avropa Şurasının sədri kimi Macarıstan Azərbaycanla daha da güclü, strateji əməkdaşlığın qurulmasını dəstəkləyir:
“Azərbaycan artıq Avropa ilə sıx əməkdaşlıq edir, enerji təchizatı sayəsində strateji cəhətdən əsas ölkəyə çevrilib. Ona görə də biz Avropa Şurasının sədri kimi Azərbaycanla əməkdaşlığın gücləndirilməsini dəstəkləyirik”.