Azərbaycanda maliyyə sektoru üzrə "Yaşıl taksanomiya"nın hazırlanması yekun mərhələdədir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov “Yaşıl maliyyə” mövzusunda keçirilən təlimdə deyib.
"Taksanomiyanın hazırlanmasına yerli və xarici ekspertlər, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilib. Hazırda sənədi bankların və sektorun digər üzlərinin necə tətbiq edə biləcəyi araşdırılır. Çalışırıq ki, taksanomiya daha anlaşılan və praktik olsun. Bu səbəbdən də "feedback" bizim üçün önəmlidir. "Yaşıl taksanomiya" növbəti aylarda ictimaiyyətə təqdim ediləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda 50-yə yaxın ölkənin "yaşıl" istiqrazlar və kreditlərlə bağlı taksanomiyası var. Amma bu taksanomiyalar arasında əlaqələr kifayət qədər deyil, onlar daha pərakəndədir. Bu səbəb dən AMB-də belə bir ideya yarandı ki, bütün ölkələri birləşdirəcək taksanomiya prinsiplərinin hazırlanmasında Azərbaycan təşəbbüskar kimi çıxış eləsin və dünyaya töhfə versin. Mərkəzi bank hazırda 2 beynəlxalq qurumla bu istiqamətdə iş aparır.
Bu taksanomiyanın noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) təqdim edilməsi planlaşdırılır. (Report)