AZ

“Bakı K-pop Festivalı-2024”ün açılış mərasimi keçirilib

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında “Bakı K-pop Festivalı-2024”ün açılışı olub.

AZƏRTAC xəbər verir ki, festivalda 600-ə yaxın azərbaycanlı həvəskar izləyici qismində iştirak edib.

Tədbirdə çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Lee Eung Yong iki ölkə arasında sıx əlaqələrin qurulmasında K-popun mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, gənclərin Koreya mədəniyyətini daha ətraflı şəkildə təcrübə edə bilməsi üçün xüsusi guşə yaradılıb.

Festivalın ilkin seçimləri üçün 29 komanda müraciət edib. Yekun mərhələdə isə rəqs kateqoriyası üzrə altı, vokal bölməsindən isə üç komanda seçilib. Onların təqdim etdiyi rəqs və musiqi nömrələri maraqla qarşılanıb.

Sonda qaliblər mükafatlandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
azertag.az

3Mənbələr