AZ

Teleqram qaydaları dəyişdi: Şəxsi söhbətlər qorunmayacaq

Pavel Durovun Fransada saxlanılmasından sonra Teleqram təhlükəsizlik siyasətini dəyişib və şəxsi söhbətlərin moderasiyasına (Moderatorların qaydalara və istifadəçi kontentinin idarə edilməsinə (UGC) nəzarət) başlamaq niyyətindədir.

Olaylar bildirir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Məlumata görə, Teleqram dünən özünün tez-tez verilən suallar (FAQ) səhifəsindən şəxsi söhbətlərin qorunduğuna dair məlumatı silib.

Messencerin rəhbərliyi bildirib ki, bütün Teleqram proqramlarında qeyri-qanuni məzmun barədə moderatorlara məlumat verməyə imkan verən "Reрort" düyməsi var.

Bundan əlavə, Teleqram istifadəçilərin moderatorlardan məzmunun silinməsini tələb etmək üçün e-mail ünvanı da yerləşdirib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
6
olaylar.az

7Mənbələr