AZ

Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA

Dənizdə
Sentyabrın 6-sı saat 14:30-a olan faktiki hava açıqlanıb. Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 6-sı saat 14:30-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi Balakən, Quba, Xaçmaz, Qax, Zaqatalada arabir yağış yağıb. Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Gəncədə 24 m/s, Naftalan, Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə küləyin maksimal sürəti Culfa, Şirvanda 18 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 32, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

Seçilən
172
18
1news.az

10Mənbələr