AZ

COP29 çərçivəsində Liderlər Sammitinin təşkil olunması nəzərdə tutulub

Bakı.Trend:

COP29 çərçivəsində 12-13 noyabrda Liderlər Sammitinin təşkilolunması nəzərdə tutulub .

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlərnazirinin müşaviri Rüstəm Həsənov Bakıda keçirilən beynəlxalq"Hüquq və İqlim" konfransında bildirib.

O bildirib ki, COP tədbirləri zamanı müzakirələrin daha effektivtəşkil olunması üçün tematik deyilən günlərdən istifadə olunur.

“Bu il də 7 tematik gün müəyyən olunub. COP29 zamanı keçiriləcəkbütün tədbirlər, məsləhətləşmələr, danışıqlar həmin günlərdəmüvafiq qaydada qruplaşdırılacaq. Bu, BMT-nin Baş Assambleyasındansonra ən çox dövlət və hökumət başçısının qatıldığı tədbirdir vəmahiyyət etibarilə də bütün dünya ictimaiyyətinin diqqətindəolur.

COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Həmintəşəbbüslərin müəyyən olunması zamanı da dünya ictimaiyyətininAzərbaycan gözləntiləri nəzərə alınıb və aktual problemlərə diqqətəyetirilib. Builki COP-un əsas mövsuzu iqlim maliyyələşməsinin təminolunmasıdır. Əgər bir mövzuda maliyyə varsa, iki tərəf formalaşır:maliyyəni verən və qəbul edən tərəf. Həmin tərəflər fikirayrılığında olsalar da onları adətən bir mövzu birləşdirir ki, buda həmin proseslərin şəffaf olmasıdır. İqlim maliyyəsi deyəndə onunşəffaf mexanizmlər əsasında tərəflər arasında bölünməsi və maliyyəresurslarının cəlb edilməsi nəzərdə tutulur. Bu, bizim COPsədrliyinin öndə gələn vəzifələrindən biridir. Şəffaflıq prinsipiniartırmaq üçün "Bakı Qlobal İqlim Şəffaflığı Platforma"sı təsisedilib. Platforma çərçivəsində biz kommersiya tərəfi olan ölkələritəşviq edirik ki, onları bu il noyabrda keçiriləcək 29-cu sessiyayakimi öz şəffaflıq hesabatlarını təqdim etsinlər. Bununla bağlıbütün tərəflərlə danışıqlar aparılır. Ən əsası BMT BaşAssambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında datərəfləri bir daha bu məsələyə diqqətlə yanaşmağa səsləyəcəyik", -müşavir əlavə edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
5
az.trend.az

7Mənbələr