AZ

Vətən müharibəsindən bu günə kimi 160 min haektar ərazi minadan təmizlənib

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi işləri davam etdirilir. 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurda 160 min hektardan çox ərazi təmizlənib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara, o cümlədən mürəkkəb süni maneələrə rast gəlmək mümkündür.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Xaliq Zülfüqarov Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində aparılan mina təmizləmə əməliyyatının gedişini müşahidə edən media nümayəndələrinə açıqlamasında deyib.

Bildirib ki, ərazilərin mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsinə, uzun müddətli ağır psixoloji travmalara gətirib çıxarmasına səbəb olur: "Əksər hallarda minaların qurbanı mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 377 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 69 nəfər həyatını itirib, 308 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

X. Zülfüqarov qeyd edib ki, ərazilərin təmizlənməsinə bir sıra amillər çətinlik yaradır: "Minalar standartlara uyğun deyil, pərakəndə və qarışıq şəkildə basdırılması, sürpriz və tələlərin qoyulması, əldəqayırma və kustar üsülla hazırlanan partlayıcı qurğular, relyef təsirləri, tikanlı torlar və məftillər, ərazinin metal qırıqları ilə çirklənməsi, yağış və sel sularının təsirindən minaların dərinə düşməsi, taxta və plastik gövdəli minaların deformasiyaya uğrayaraq təhlükəsi vəziyyətə düşməsi minatəmizləmə əməliyyatlarını çətinləşdirən və təhlükə yaradan amillərdəndir".

Qeyd edilib ki, indiyədək təmizlənmiş ərazilərdən 156 min mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

APA



Seçilən
104
50
herbiand.az

10Mənbələr