Bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir:
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək”.