AZ

"Əlaqələrin inkişafı regionumuz və ölkəmiz üçün çox önəmlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Prezidentinin İtaliya Respublikasına səfəri çox səmərəli və ölkələrimiz arasında daha çox yaxınlaşmaya xidmət edən mühitdə keçirilib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, cənab Prezident Dünya, Avropa və İtaliya haqqında keçirilən beynəlxalq foruma qatılıb, öz fikirlərini bölüşüb: "Əlbəttə bu Azərbaycanın artan nüfuzunun dünyada bir daha göstəricisidir. Belə mötəbər Forumlarda Azərbaycan Prezidentinin fikirlərinə xüsusi önəm və yer verilir. İtaliya da bu baxımdan hazırda qütblər arasında gedən ciddi siyasi mübarizədə daha çox konstruktiv mövqedən çıxış etməyə çalışan bir ölkədir.

Eyni zamanda Cənab Prezident səfər çərçivəsində çox önəmli görüşlər keçirib, Azərbaycanla İtaliya arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib. Düşünürəm ki, İtaliya Azərbaycan əlaqələrinin inkişafı regionumuz və ölkəmiz üçün çox önəmlidir, həm də bu bir daha onu sübut edir ki, bu gün Azərbaycanın çox yaxşı münasibətdə olduğu Avropa dövlətləri mövcuddur və bunu beynəlxalq təşkilatlar da öz siyasətlərində nəzərə almalıdırlar. Şübhəsiz ki, bunun əsas səbəblərindən biri də Prezident İlham Əliyevin xarici dövlətlərlə qurduğu səmərəli əməkdaşlıq modelləridir. Bu səfər nəticəsində qarşılıqlı investisiya layihələri daha da genişlənəcək ki, bunun da ticari əlaqələrə mühüm faydası vardır".

Ayşən Vəli

Seçilən
97
sia.az

1Mənbələr