Rəsmi Tehran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu deyib.
İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”.
O, X hesabında yazıb.
Ermənistandan keçməklə Naxçıvanla Azərbaycanı birləşdirəcək quru yolu Bakı Zəngəzur dəhlizi adlandırır.
Bakı tələb edir ki, Yerevan ona maneəsiz keçid versin və yola Rusiya nəzarət etsin. Moskva da bunu istəyir. Yerevan isə bunun əlyehinədir.
Zəngəzur dəhlizi tələbi Azərbaycanla Ermənistan arasında müzakirə edilən sülh sazişindən çıxarılıb, amma Moskva dəhliz ideyasını dəstəkləməkdə davam edir.
İran rəsmisinin bu açıqlamasından sonra Azərbaycanda hakimiyyətyönlü media İranı Zəngəzur dəhlizinin açılmasına mane olmaqda ittiham edib.
Yazılarda deyilir ki, İran dəhlizi mühüm geosiyasi rıçaq kimi görür və Türkiyənin regionda artan təsirindən ehtiyatlanır.
Yerevan bildirib ki, onlar Azərbaycanla nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsinə özəl şirkətləri cəlb etmək imkanını nəzərdən keçirir.
Videoya YouTube kanalımızda baxın.