AZ

Rusiya XİN Durovun Rusiyaya kömək etməkdən imtina etməsinə cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Telegram-ın yaradıcısı Pavel Durovun saxlanılması ilə bağlı məlumat ortaya çıxan kimi Rusiyanın Parisdəki səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərib.

Ucnoqta.az xəbər verir ki, RTVI televiziya kanalı ilə söhbətində o, Politico-nun bu sahibkarın Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatik yardımından imtina etməsi ilə bağlı nəşrini şərh etdi.

“Biz bunu dərhal açıq elan etdik. Durovun bu işdə prioritet hesab etdiyi tərəfi seçmək taktikasına gəlincə, onun vəkilləri ilə əlaqə saxlayın", - diplomat bildirib.

"Politico"nun mənbələrə istinadən yazdığı kimi, Fransada həbs olunduqdan sonra Rusiya və BƏƏ Telegram-ın təsisçisinə diplomatik yardım təklif etsə də, o, bundan imtina edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
46
ucnoqta.az

10Mənbələr