Kayseridə maraqlı hadisə baş verib.
News24.az xəbər verir ki, bir ailə övladının mədəsindən şikayət etdiyi üçün xəstəxanaya müraciət edib.
Kayseri Şəhər Xəstəxanasında aparılan uşağın müayinə zamanı mədəsində 4 ədəd metal desert qaşığı və 1 ədəd mismar görünüb.
Kayseri Şəhər Xəstəxanası Uşaq Cərrahiyyəsi və Urologiyası Kliniği Başçısı Dos. Dr. Mustafa Erman Dörterler və qrupu tərəfindən təxminən 2 saat davam edən əməliyyatda uşağın mədəsindəki qaşıq və mismar çıxarılıb.
Xəstə müalicə olunduqdan sonra evə buraxılıb.
Məryəm İlhamqızı