AZ

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Dimitar Qospodinovu sınağa çəkib.
Rəqibinə qalib gələn V. Qələndərzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

Seçilən
106
8
turk.az

10Mənbələr