AZ

“Real”da daha bir itki

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb. 

Futbolçu zədə səbəbindən Braziliya milli komandasının düşərgəsini tərk edib. 26 yaşlı mərkəz müdafiəçisi la Liqanın 5-ci turunun "Real Sosyedad"la matçında iştirak etməyəcək. Qarşılaşma 14 sentyabr tarixində baş tutacaq.

Qeyd edək ki, "Real"ın futbolçuları Cud Bellingem, Eduardo Kamavinqa, Orelyen Tçuameni, Ferland Mendi, Dani Sebalyos, Xoan Martines və David Alaba da zədəlidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
bizim.media

10Mənbələr