AZ

Fransalı voleybolçu Azərbaycan klubuna keçib

"Abşeron" komandası heyətinə daha bir voleybolçu cəlb edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı fransalı oyunçu Şerilim Başorunun transferini rəsmiləşdirib. 31 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Voleybolçu son olaraq İspaniyanın "Kiele Sokuellamos" komandasının formasını geyinib.

Qeyd edək ki, "Abşeron" daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova və Anastasiya Mertsalovanı transfer edib.

Seçilən
161
50
sia.az

10Mənbələr