AZ

“Bank of Baku” qanvermə aksiyası keçirdi - “Qanında həyat var!”

Fəaliyyəti boyunca korporativ sosial məsuliyyətini daima ön planda tutan “Bank of Baku” talassemiya, hemofiliya və digər səbəblərdən qana ehtiyacı olan insanlara dəstək üçün addım atıb.

Belə ki, bank 5 sentyabr tarixində “Qanında həyat var!” şüarı ilə qanvermə aksiyası təşkil edib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının peşəkar tibbi briqadasının dəstəyi ilə keçirilən aksiyada bankın rəhbər şəxsləri ilə yanaşı, əməkdaşları da fəal şəkildə iştirak ediblər.

Hər bir donorun sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının tibbi briqadası tərəfindən ətraflı dəyərləndirilib və sağlamlığı qan verməyə imkan verən şəxslərdən qan alınıb.

“Könüllü qan donorluğu insan yaşadır” mesajını da vurğulayan “Bank of Baku”nun layihəni keçirməsində əsas məqsədi insanlara qanvermənin ilin hər bir dövründə əhəmiyyətli olduğunu bir daha xatırlatmaq və qana ehtiyacı olan şəxslərə qan=can olmaqdır.

Qeyd edək ki, aksiyada toplanılan qan Mərkəzi Qan Bankında müvafiq yoxlama proseslərindən keçdirildikdən sonra talassemiya, hemofiliya və qana ehtiyacı olan digər insanlar üçün istifadə ediləcək.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku





Seçilən
72
12
qafqazinfo.az

10Mənbələr