ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti dəfə açıqlama verib.
News365.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Ukraynadakı münaqişə danışıqlar masası arxasında həll edilməli olacaq, lakin bu məqamın nə vaxt gələcəyini söyləmək hələlik çətindir",- o bildirib.
Qeyd edək ki, Pentaqon ABŞ-ın Ukraynaya 250 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırdığını bildirib.