Avropa Gimnastikası (EG) İcraiyyə Komitəsi qarşıdakı illər üçün yarışların keçiriləcəyi yerlərlə bağlı bir sıra mühüm qərarlar qəbul edib.
Bizim.Media xəbər verir ki, bunlardan ikisi Azərbaycanda baş tutacaq.
Xüsusilə, 2025-ci ildə Gəncədə aerobika üzrə Avropa çempionatı, eləcə də bu növ üzrə Avropa yaş qrupu yarışları keçiriləcək.
Onların keçirilmə tarixləri də açıqlanıb. Yaş qrupları üzrə yarışlar noyabrın 9-11-də, qitə birinciliyi isə noyabrın 14-16-da olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta