"Fiorentina"nın cinah futbolçusu Yosip Brekalo karyerasını Türkiyədə davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Kasımpaşa"da çıxış edəcək.
O, karyerasının son altı ayını "Hayduk Split"də keçirib. Xorvatiyalının əsas rolu sol cinah oyunçusudur, lakin o, həm də sağ cinahda və hücumun mərkəzində oynaya bilir. Transfermarkt futbolçunu 3,5 milyon avro qiymətləndirir. Futbolçu Xorvatiya millisində 35 oyun keçirib və 4 qol vurub.