AZ

“Harrisin kampaniya büdcəsi avqust ayında 361 milyon dollar artıb” – “Reuters”


“ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniya büdcəsi avqustda 361 milyon dollar artaraq 404 milyon dollara çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Harrisin seçki qərargahının məlumatlarına istinadən məlumat yayıb.
Məlumatlara görə, Harrisin büdcəsi keçən ay uğurlu bir ianə toplanması ilə artırılıb. Beləliklə, vitse-prezident bu göstərici ilə seçkilərdə əsas rəqibi respublikaçı Donald Trampı qabaqlayır. Agentlik xatırladır ki, Tramp avqust ayında təxminən 130 milyon dollar toplayıb və ayın sonunda kampaniyasının ümumi büdcəsini 295 milyon dollara çatdırıb.
Nəşr qeyd edir ki, hər iki namizəd seçki yarışı zamanı rekord məbləğdə 1 milyard dollardan çox pul xərcləmək niyyətindədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
yeniavaz.com

2Mənbələr