Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Milli.Az xəbər verir ki, bu barədə report.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun