AZ

İran səfiri: XİN başçılarının 3+3 formatında görüşünün dəqiq tarixi müəyyən edilib

Xarici işlər nazirlərinin Türkiyədə keçirilməsi nəzərdə tutulan 3+3 formatında görüşünün dəqiq tarixi müəyyən edilib.

AZXEBER.COM \"report\"a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib.

\"Tədbirin dəqiq tarixi var və o, diplomatik kanallarla elan ediləcək”, - səfir vurğulayıb.

Xatırladaq ki, 3+3 formatına Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistan daxildir. XİN başçılarının ilk görüşü 2021-ci ilin dekabrında Moskvada, ikinci toplantı isə 2023-cü ilin oktyabrında Tehranda baş tutub.
Seçilən
70
6
azxeber.com

4Mənbələr