AZ

Naxçıvanda 9 yaşlı uşağı cərəyan vurub öldürdü

Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
109
25
bakivaxti.az

10Mənbələr