AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Zümrüd Ağayeva 21 yaşadək futbolçular arasında Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova – İsveç oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma sentyabrın 10-da Moldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda təşkil olunacaq. Görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.