AZ

"Yaqi" qasırğası Çinin bir əyalətində həyatı iflic etdi: Yarım milyondan çox insan təxliyə edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çinin cənubundakı Quandun əyalətində "Yaqi" qasırğası səbəbindən 570 mindən çox insan təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi əyalətin meteorologiya idarəsinin məlumatlarına istinadən məlumat yayıb.
Həmin gün ilk dəfə tayfun təxminən saat 16:20-də (Bakı vaxtı ilə 12:20-də - red.) Vençan bölgəsinin Ventyan kəndinə düşüb. Daha sonra küləyin maksimal sürəti 234 km/saat olan 17-ci səviyyəli super tayfuna çevrilib. "Yaqi" adanın əksər hissəsinə güclü yağış, bəzi şəhər və kəndlərə isə güclü leysan gətirib.
Qeyd olunur ki, Quandun əyalətinin yarım milyondan çox sakini yerli vaxtla saat 22:20-də (Bakı vaxtı ilə 18:20-də - red.) baş verən super tayfununun ikinci dəfə quruya çıxacağı gözlənildiyi üçün ölkənin cənubuna təxliyə edilib.
"Yaqi" tayfunu bu il sayca 11-ci olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
50
oxu.az

10Mənbələr