Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Lüksemburqla üz-üzə gəlib.
Görüş Lüksemburq komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 7 oyuna 3 xal toplayan U-21 sonuncu – altıncı pillədə qərarlaşıb./Report/