AZ

Fransada keçmiş nazir korrupsiyada təqsirli bilindi

Fransada keçmiş nazir Mişel Alyo-Mari vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitini mənimsəmə ittihamı ilə həbs cəzasına məhkum edilib.

Publika.az xəbər verir ki, Nanter məhkəməsi keçmiş nazir Mişel Allyo-Mari 2010-cu ildən 2012-c ilə qədər Sen-Jan-dö-Lüz şəhəri merinin müavini vəzifəsində çalışarkən vəzifəsindən sui-istifadə və dövlət vəsaitini mənimsəməkdə təqsirli bilərək 6 aylıq şərti azadlıqdan məhrumetmə ilə cəzalandırıb.

Jak Şirak və Nikola Sarkozi dövründə müdafiə, daxili işlər, ədliyyə və xarici işlər naziri işləmiş Allyo-Marinin vəkilləri hökmdən apelyasiya şikayəti verəcəklərini bildiriblər.

2019-cu ilin fevralında Sen-Jan-dö-Lüzdə şübhəli pul köçürmələri ilə bağlı aparılan təhqiqatda Mişel Alyo-Mariyə qarşı vəzifəsindən sui-istifadə etmə ittihamı irəli sürülüb. Məhkəmə istintaqı Mişel Alyo-Marinin atasının rəhbərlik etdiyi festivalın təşkili üçün yerli assosiasiyalar tərəfindən həyata keçirilmiş pul köçürmələrinin araşdırılması ilə başlayıb.

Seçilən
59
2
publika.az

3Mənbələr